Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli satıldı
02 noyabr 2015 13:43 (UTC +04:00)

Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli satıldı

 

Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” oteli satılıb. Lent.az-ın "sozcu.com.tr"yə istinadən məlumatına görə, otelin yeni sahibi Türkiyənin "Xalq" bankı olub. 7 ulduzlu “Mardan Palace” 360 milyon 50 min türk lirəsinə satılıb. Otel 719 milyon lirəyə satışa çıxarılmışdı.

 

Qeyd edək ki, “Mardan Palace” 2009-cu ildə xidmətə açılıb. Açılışında dünyanın tanınmış simaları – Mariah Karey, Riçard Qere, Şeron Ston, Monika Belluçi, Tom Jons və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də iştirak edib. Rusiya vətəndaşı olan Telman İsmayılov otelin inşasına 1,4 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Otelin önündəki qumsala Misirdən 9 min ton qızılı qum gətirilmişdi. 

 

Qeyd edək ki, otelin satışını Türkiyənin "Garanti Bankası" tələb etmişdi. Telman İsmayılovun bu banka 207 milyon lirə borcu var idi. Otelin satışından sonra dərhal "Garanti Bankası"nın borcu ödəniləcək. "Xalq" bankın da oteldən alacağı olduğu üçün otel rəhbərliyinə əlavə ödəniş edilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar

Kəlbəcərədə "Niva" çaya aşdı, sürücü yaralandı

Kəlbəcərədə "Niva" çaya aşdı, sürücü yaralandı

8 may 2025 , 10:33
Kartlardan bir günə 36 min manatdan  çox pul oğurlandı

Kartlardan bir günə 36 min manatdan çox pul oğurlandı

8 may 2025 , 10:03
Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

8 may 2025 , 09:23
Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52