Bakıda metrostansiyada cinayət hadisəsi törədilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabr ayının 29-da metronun “28 May” stansiyasında şəxsiyyəti məlum olmayan 2 nəfər Göyçay rayon sakini Kamran Əsgərliyə zor tətbiq edərək qol saatını alıblar.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Rüstəmov tutulub.