"İntihar edən qızın siyasi təşkilatla əlaqəsi olmayıb”  - APA-TV
08 may 2013 20:09 (UTC +04:00)

"İntihar edən qızın siyasi təşkilatla əlaqəsi olmayıb” - APA-TV

Bu barədə APA-ya Mingəçevir şəhər Prokurorluğundan bildirilib.

 

Prokurorluqdan verilən məlumata görə, şəhərin Müslüm Maqomayev küçəsi, ev 50, mənzil 11 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Məhərrəmova Nilufər Aqşin qızı mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü aşağı ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib. Meyit daxili müayinə olunub.

 

Mingəçevir şəhər prokurorunun köməkçisi İlham Cəfərzadə APA-ya bildirib ki, hadisə baş verən zaman tələbə qızın atası Rusiyada olub: “Ona görə də onun məsələ ilə bağlı izahatı hələlik alınmayıb. Qızın dayısı və anası prokurorluğa bildiriblər ki, Nilufər Məhərrəmova sərbəstliyi sevən adam olub. O, bir neçə dəfə anasının icazəsi olmadan evdən çıxaraq Bakıya gedib. Qızın öz anası ilə bir neçə dəfə mübahisəsi də olub. Prokurorluğa Nilufər Məhərrəmovanın psixoloji problemləri barədə məlumat daxil olub. Qızda əsəbi gərginlik, çılğınlıq olub. O, sərbəst qız olub və özünü heç vaxt kimdənsə asılı hiss etməyib. Bir neçə dəfə Mingəçevirdə və Bakıda həkimlər tərəfindən əsəbi ilə bağlı müalicə də olunub. İntihardan əvvəl Nilufər Məhərrəmova əsəb sakitləşdirici dərmanlar qəbul edib. Nilufər Məhərrəmovanın yaşadığı evdən onun adına yazılmış reseptlər və bir sellofan paketlə dolu müxtəlif adda dərmanlar aşkar edilərək maddi sübut kimi götürülüb”.

 

Tələbə qızın dayısı Leysan Yusifov məsələ ilə bağlı APA-ya prokurorluqdan verilən məlumatların doğru olduğunu bildirib, qızın tez-tez əsəbiləşdiyini, buna görə də müalicə aldığını bildirib. L.Yusifov bacısı qızı Nilufər Məhərrəmovanın intihar etməsinin səbəbi barədə hələ heç kimin dəqiq məlumatlı olmadığını bildirib. O, qızın hansısa müxalif qurumla əlaqəsinin olmadığını, dərsləri ilə məşğul olduğunu bildirib. Leysan Yusifov N.Məhərrəmovaya icra və ya hüquq-mühafizə orqanları tərəfindən heç bir təzyiqin olmadığını bildirib: “Qızın intihar etməsi və ya ehtiyatsızlıq edərək balkondan yıxılması faktı araşdırılır. Onun ölümünün siyasətlə və ya ona qarşı guya edilən təzyiqlə heç bir əlaqəsi yoxdur. Müəyyən siyasi qüvvələr yasımıza hörmət etsinlər, bu haqda yazılar dərc etdirəndə diqqətli olsunlar. Deyilənlər yalandır, Nilufərin “N!DA” Vətəndaş Hərəkatı ilə heç bir əlaqəsi olmayıb”.

 

Qohumları N.Məhərrəmovanın bloqunda yayınladığı "Sivil demokratik və hüquqi dövlət uğrunda" adlı məqalədən xəbərsiz olduqlarını bildiriblər. Prokurorluqdan o da bildirilib ki, həmin bloq yazısı ötən ayın 6-da dərc edilib. Bununla bağlı ona şəhər rəhbərliyi və ya hüquq-mühafizə orqanları tərəfindən heç bir təzyiq göstərilməyib.

 

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov APA-ya bildirib ki, bəzi mətbu orqanlar bu ölüm hadisəsini siyasiləşdirirlər: “O qız yazısına görə polis şöbəsinə heç vaxt çağırılmayıb və heç kim tərəfindən döyülməyib. Bu barədə yazılanlar əsassız və yalandır. Bir ay öncə yazılan yazını indi onun müəllifinin ölümü ilə əlaqələndirmək düzgün deyil. O qıza bu yazıya görə heç bir təzyiq edilməyib. Onun ölümünün səbəbi araşdırılır. Polis şöbəsinin əməkdaşları belə bir yazıdan, ümumiyyətlə, xəbərsiz olublar. Yalnız ölüm hadisəsi ilə bağlı mediada gedən məlumatlardan sonra Nilufər Məhərrəmovanın belə yazısının olduğunu bilmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10