İmran Cəfərzadə reanimasiyadan palataya köçürülüb
20 avqust 2013 19:48 (UTC +04:00)

İmran Cəfərzadə reanimasiyadan palataya köçürülüb

Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin vəziyyətinə dair 20 avqust tarixində həkimlərin növbəti konsiliumu keçirilib.

 

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, həkimlər bütövlükdə müalicənin gedişindən razı qaldıqlarını bildiriblər.

 

İ. Cəfərzadə reanimasiya şöbəsindən palataya köçürülüb, onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcək. Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur.

 

Səfirlik İ. Cəfərzadənin həkimləri ilə intensiv əlaqə saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu davamlı olaraq məlumatlandırır.

 

Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Xatırladaq ki, İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Oxşar yazılar