"Formula 1"-lə əlaqədar bağlanan küçələr bu axşam açılır
26 iyun 2017 12:54 (UTC +04:00)

"Formula 1"-lə əlaqədar bağlanan küçələr bu axşam açılır

0
Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək. 
 
Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: “Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.
 
Qeyd edək ki, “Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar