Evlərdən oğurluq edən şəxslər  tutuldu
12 avqust 2019 17:10 (UTC +04:00)

Evlərdən oğurluq edən şəxslər tutuldu

0
 
 
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş  39 yaşlı Amil Məmmədov və  55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pul oğurlayıblar. 
 
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 766

Oxşar yazılar