<span style="color:red;">SON XƏBƏR:  itkin düşənlər tapılmayıb, yanğın davam edir
07 dekabr 2015 11:12 (UTC +04:00)

SON XƏBƏR: itkin düşənlər tapılmayıb, yanğın davam edir

 

 

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.

 

O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.

 

Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar