<span style="color:red;">Kürdəmirdə dəhşətli qəza:  iki nəfər öldü
28 sentyabr 2014 09:57 (UTC +04:00)

Kürdəmirdə dəhşətli qəza: iki nəfər öldü

Kürdəmir rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Ağsu-Kürdəmir-İmişli-Bəhramtəpə yolunun Kürdəmir rayonu, Çöl Ərəb kəndindən keçən hissəsində “Mercedes” markalı yük maşını ilə “Ford” markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Minik avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu isə ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Onların yol kənarında qalmış meyitləri yolun kənarından götürərək aidiyatı üzrə təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3127
avatar

Oxşar yazılar