<span style="color:red;">Gürcüstanda dəhşət:  azərbaycanlı qadın 60 yaşlı kişini yandırdı
28 mart 2014 14:37 (UTC +04:00)

Gürcüstanda dəhşət: azərbaycanlı qadın 60 yaşlı kişini yandırdı

Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində müəmmalı ölüm hadisəsi baş verib.


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecə saatlarında Şulaveridə Balaxanım Qarayevanın kirayənişin olduğu yaşayış binasının qarşısında Dmanisi rayonunun Hamamlı kənd sakini, təxminən 60 yaşlı Qədir Əliyevin meyiti yarı yanmış halda meyiti aşkar edilib.

 

Şulaveri kəndinin icra nümayəndəliyinin əməkdaşı Bakıxan Qələndərovun APA-ya verdiyi  məlumata görə, 30 ildən çoxdur ki,  Şulaveri kəndində kirayədə yaşayan, lakin rayonun Sabirkənd kəndində yaşayış qeydiyyatında olan 50 yaşlı Balaxanım Qarayevanın evinə qonaq gələn Qədir Əliyevin gecə saatlarında ürəyi dayanıb: “Sakinlərin dediyinə görə, Qədir Əliyev tez-tez Balaxanım Qarayevanın evinə gələrək orada gecələyərmiş. Dünən gecə isə onun ürəyi dayanıb və Balaxanım Qarayeva Qədir Əliyevin öldüyünü görən kimi qorxusundan onu həyətə çıxarıb və heç kim xəbər tutmasın deyə meyitin üstünə dizel yanacağı tökərək od vurub. Hadisədən xəbər tutan qonşular alovu söndürüblər”.

 

Hadisə yerinə təcili rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Balaxanım Qarayeva saxlanılıb. Meyit müayinə edilmək üçün xəstəxanaya aparılıb.

 

Marneuli rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, şöbənin əməkdaşları tərəfindən Balaxanım Qarayeva dindirilib. Qadın  60 yaşlı Qədir Əliyevin içkili halda onun evində gecələdiyini və qəflətən ürəyinin dayandığını bildirib. O, meyiti qorxusundan həyətinə çıxarıb yandırdığını deyib.

 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, ölümün baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2965
avatar

Oxşar yazılar