<span style="color:red;">FHN rəsmisi:  "Vəziyyət tam nəzarət altındadır"
03 iyul 2018 20:02 (UTC +04:00)

FHN rəsmisi: "Vəziyyət tam nəzarət altındadır"

Baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir
 

"Mingəçevir İES-in qəza baş vermiş blokunda təmir-bərpa işləri davam etdirilir. Ona görə də enerji təchizatında müəyyən fasilələrin yaranması mümkündür".

 

Bunu APA-ya Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib.

 

Məlumatda qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir.

 

 

 

Nazirlik rəsmisi vurğulayıb ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır, eyni zamanda Bakı Metropolitenində tuneldə və stansiyalarda qalmış şəxslərin evakuasiya prosesi həyata keçirilir, bu proses yaxın dəqiqələrdə yekunlaşacaq.

 

 

"Vəziyyət tam nəzarət altındadır. Qəza-bərpa və evakuasiya işləri davam etdirilir. Əhalini narahat olmamağa, təşvişə düşməməyə çağırırıq" - deyə, FHN rəsmisi qeyd edib.

 

 

Məlumatda o da vurğulanıb ki, baş vermiş hadisə və onun  nəticələrinin aradan qaldırılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

APA Baycan

Oxşar yazılar