<span style="color:red;">DƏHŞƏTLİ HADİSƏ:  bir yaşlı uşaq yanaraq ölüb - <span style="color:red;">YENİLƏNİB
28 aprel 2014 19:16 (UTC +04:00)

DƏHŞƏTLİ HADİSƏ: bir yaşlı uşaq yanaraq ölüb - YENİLƏNİB

Azərbaycanda bir yaşlı uşaq yanaraq ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570
avatar

Oxşar yazılar