<span style="color:red;">Bakı-Qazax yolunda kabus dolaşır:  7 ölü, 35 yaralı
31 may 2014 10:44 (UTC +04:00)

Bakı-Qazax yolunda kabus dolaşır: 7 ölü, 35 yaralı

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, baş vermiş qəzalar ümumilikdə 7 nəfərin ölümünə, daha 35 nəfərin isə yaralanmasına səbəb olub.

 

Təkcə Yevlax rayonu ərazisində, Bakı-Qazax magistralında mikroavtobusun yük maşınına çırpılması nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Bakı-Qazax yolunun Qaradağdan keçən hissəsində isə “Auidi” maneəyə çırpılıb. Toydan qayıdan ailə başçısı və 5 yaşlı oğlu ölüb. Sürücünün həyat yoldaşı və körpə qızı ağır yaralanıb.

 

Ölümlə nəticələnən digər qəza da Bakı-Qazax magistralında qeydə alınıb. Magistralın Ucardan keçən hissəsində “Oka” aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

 

 

Hər bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4006
avatar

Nizam Rza

Oxşar yazılar