Təhsil Nazirliyi xadimənin döyülməsi ilə bağlı araşdırmaya başladı  - YENİLƏNİB
25 iyun 2015 11:46 (UTC +04:00)

Təhsil Nazirliyi xadimənin döyülməsi ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

 

 

Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.

 

Lent.az aznews.az-a istinadən xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsi ilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.

 

Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı təsdiqləyib. O bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucucovanın döyüldüyünü təsdiq edir.

 

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

 

Baş vermiş hadisəyə Təhsil Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a açıqlamasında hadisə ilə bağlı artıq araşdırmaya başlandığını bildirib : ”Araşdırmanın nəticələri il bağlı ictimaiyyətə açıqlama veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar