Adəm Məmmədov: "Vaxtilə birgə işlədiyim paqon yoldaşlarım..."
23 may 2018 10:48 (UTC +04:00)

Adəm Məmmədov: "Vaxtilə birgə işlədiyim paqon yoldaşlarım..."

Tanınmış vəkil Adəm Məmmədov öz işində bəraət alıb. Lent.az-ın məlumatına görə, bu barədə onun özü məlumat verib.

 

Vəkil bildirib ki,  AR CM-nin 289-cu maddəsi ilə (məhkəməyə hörmətsizlik) başlanılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail olub: "Uzun çəkən mübarizəm və prinsipial mövqeyim uğurlu nəticələndi. Cinayət işinin başlanmasına səbəb 29.06.2015-ci il tarixdə guya "Gündəlik Bakı" qəzetinin şantajist baş redaktoru Habil Vəliyevi döyməyim olub. Habil Vəliyev ləğv edilmiş AR MTN-də vaxtı ilə həmin dövrdə yüksək vəzifə tutan havadarlarının köməkliyi ilə mənim həbs olunmağıma az qala nail olsum. Hətta barəmdə məcburi gətrilmə qərarı belə çıxarıldı. Ədliyyə naziri Fikrət Məmmədov məni qəbul etdikdən sonra barəmdə aparılan qərəzli cinayət işinin icraatı bu yaxınlara kimi dayandırıldı. Ən dəhşətlisi isə vaxtilə birlikdə çalışdığım (paqon yoldaşlarım) və Yasamal rayon icra şöbəsinin əməkdaşları göstəriş əsasında əleyhimə ifadə verməkləri idi. Yasamal Rayon Məhkəməsinin rəhmətlik hakimi Mətanət Qasımovanın ədalətli  və cəsarətli mövqey nümayiş etdirməsi bəzi üzə duran əməkdaşların pis niyyətlərinin həyata keçməsinin qarşısını aldı. Bir vəkil kimi bu mübarizə məni dahada möhkəmlətdi".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Səlcuq Elçin

Oxşar yazılar