<span style="color:red;">"Lotu Quli"nin yeznəsi:  "Dedilər, onun qohumusan, həbsdə olmalısan"
10 aprel 2017 12:16 (UTC +04:00)

"Lotu Quli"nin yeznəsi: "Dedilər, onun qohumusan, həbsdə olmalısan"

Hazırda həbsdə olan "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun bacısının əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən V. Hüseynov özünü təqsirli bilməyib.

 

Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.

 

Vüqar Hüseynov sərbəst ifadəsində bildirib ki, narkotik ittihamı absurddur: "Məni tanıyanlar bilir ki, narkotiklə işim olmaz. Həmin gün məni polis bölməsinə dəvət etdilər. Bir müddət əvvəl evimdən oğurluq olmuşdu. Qızıl-zinət əşyalarımı oğurlamışdılar. Zəng edib dedilər ki, qızıl sep tapılıb, gəlin baxın. Getdim, rəisin otağında oldum. Məlum oldu ki, həmin qızıl mənim deyil. İdarədən çıxdım. Bu zaman 3 mülki geyimli şəxs yaxınlaşdı. Onlardan birini tanıyırdım. Dedilər, axtarış aparacağıq. Üstümdə olanları götürdülər. Maşının açarını da alıb, avtomobilimdə axtarış apardılar. Maşından iki ədəd mobil telefonumu və s. əşyalarımı götürdülər. Amma heç biri protokollaşdırılmadı".

 

İfadəsini davam etdirən Vidadi Hüseynov bildirib ki,  daha sonra üzərindən narkotik çıxarıblar: "Dedilər, narkotik səndən çıxıb. Başa düşdüm ki, məni “yüklə”dilər. Dedilər ki, Nadir Səlifovun bütün yaxınları həbs olunur, sən də ən yaxın qohumu kimi həbs olunmalısan. Hətta dedilər, şükür elə ki, sənin üstünə silah qoymuruq. Həbs olunan zaman da bir nəfər də hal şahidi olmayıb".

 

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, onu dindirən zaman vəkili olmayıb: “Orda yazılıb guya müdafiəçinin yanında ifadə vermişəm. İmkan versəydilər, Kamandar müəllimi 25 ildir tanıyıram, nömrəsini də əzbər bilirəm. Zəng edərdim. Yoxsa mənə təyinatla vəkil lazım deyil".

 

Məhkəmə prosesi aprelin 19-da davam edəcək.

 

Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Rəsmi məlumata görə, saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.

 

V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Səlcuq Elçin

Oxşar yazılar