<b>Masallıda oğul arvadı ilə birlikdə ata və anasını baltaladı</b> - <span style="color:red;">YENİLƏNİB
09 iyun 2017 22:26 (UTC +04:00)

Masallıda oğul arvadı ilə birlikdə ata və anasını baltaladı - YENİLƏNİB

Masallı rayonunun Miyenkü kəndində baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Asudə  Ağayeva ailə-məişət  münaqişəsi zəminində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni balta ilə öldürərək həyətlərindəki tövlədə basdırıblar və üzərini betonla örtüblər.

 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

 

Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisəni törədən ər və arvadın üç azyaşlı övladı var.

 

***

 

Masallıda dəhşətli qətl hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.

 

İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.

 

Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar