![[b]Yeniyetməni soyan quldur tutuldu[/b]](https://lent.az/storage/news/2019/april/11/big/3e32a57c4be8471e2687551ab1f964fa.jpg)
[b]Yeniyetməni soyan quldur tutuldu[/b]
0
0
Xətai rayonunda yeniyetməyə qarşı quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə Xətai rayonunun M.Rüstəmov küçəsində baş verib.
Məlumata əsasən aprelin 10-da saat 22:00 radələrində 14 yaşlı oğlanı bıçaqla hədələyərək quldurluq yolu ilə 100 manat pulunu alan şəxs həmin ərazidə xidmət aparan 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini İ.Yusifov olduğu müəyyən edilib.
Xətai RPİ-də araşdırma aparılır.
0
0