<b>TÜRK PA</b>: Seçkilər beynəlxalq standartlara tam cavab verir
02 noyabr 2015 10:33 (UTC +04:00)

TÜRK PA: Seçkilər beynəlxalq standartlara tam cavab verir

“Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara tam cavab verir”.

 

APA-nın xəbərinə görə, bu barədə TÜRK PA-nın Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında bildirilir. Qurumun seçkini müşahidə edən missiyasının rəhbəri Serijkan Kanayevin sözlərinə görə, seçkilərin müşahidəsi üçün lazım olan maddi-texniki və hüququ baza yaradılıb: “Seçicilər səsvermə prosesinə təmkinli və müsbət yanaşırdılar. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb”.

 

 

Paytaxtın Nəsimi, Binəqədi, Yasamal, Səbail rayonun da seçkiləri müşahidə etdiklərini deyən missiya rəhbəri texniki və prosedur qaydalarının, təlimatların hazırlanmasının müsbət hal olduğunu da vurğulayıb.

 

TÜRK PA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitə görə təşəkkür edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418
avatar

Oxşar yazılar