<b>Avtobusla piyadanı vurub öldürəna avtobus sürücüsünün istəyi reallaşmadı - <span style="color:red;">QƏRAR </b>
20 iyul 2018 10:15 (UTC +04:00)

Avtobusla piyadanı vurub öldürəna avtobus sürücüsünün istəyi reallaşmadı - QƏRAR

Sürücülük vəsiqəsi olmadan avtobus sürdüyü və ölümlə nəticələnən qəza törətdiyinə görə həbs edilmiş Bəhruz Eyvazov barəsindəki birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar élan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Bəhruz Eyvazovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində baş verib.

Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb.

Məlum olub ki, Bəhruz Eyvazov sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Hakimlər kollegiyasının hökmünə əsasən B.Eyvazov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə mülki iddianı və mənəvi zərəri qismən təmin edib. Mərhum Təranə Babaşova üçün çəkilən xəstəxana xərclərinə görə 17500 manat, mənəvi zərər görə isə 4 min manatın B.Eyvazovdan tutularaq Müzəffər İsmayılova ödənilməsi ilə bağlı qərar çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Səlcuq Elçin

Oxşar yazılar