[b]Şirvanda “Mercedes” aşdı[/b] - [b]3 yaralı[/b]
26 iyul 2018 01:43 (UTC +04:00)

[b]Şirvanda “Mercedes” aşdı[/b] - [b]3 yaralı[/b]

Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

 

Salyan rayonu Qaraçala kənd sakini, 1973-cü il təvəllüdlü Ağarzayev Bəxtiyar Ağakişi oğlunun  idarə etdiyi “Mercedes” markalı avtomobil sürətlə hərəkətdə olarkən yoldan çıxıb və qaz kəmərinə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Qaraçala kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağarzayeva Nazənin Adil qızı və 2008-ci il təvəllüdlü Ağarzayev Əmikişi Fikrət oğlu  müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar