![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Iyun[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Iyun[/b]
GÜNÜN ŞƏRHİ
Dolların uçot dərəcəsinin iyunda artırılması məsələsi faktiki olaraq təxirə salınıb. Bircə qərarın iyunun 15-də rəsmiləşdirilməsi qalır. Bu durum dünya iqtisadiyyatının növbəti şokdan sığortalanması deməkdir. Federal Ehtiyatlar Sisteminin mövqeyi neft bazarına pozitiv təsir göstərib. Baha dollar ucuz neft demək olduğu kimi, ucuz dollar da baha neft anlamına gəlir. Bazarda həm neft bahalaşır, həm də əsas oyunçular qiymətləri bahalaşdırmaq siyasətinə üstünlük verirlər. Səudiyyə Ərəbistanının ABŞ və Asiya bazarı üçün neftin qiymətlərini bahalaşdırması, Avropa üçün isə ucuzlaşdırması məhz bununla bağlıdır. ABŞ-ın neft ehtiyatlarının həcmi artıq dördüncü həftədir azalır, Çində də neftə tələbat stabil olaraq artmaqdadır. Səudiyyə bu durumu fürsət bilərək qiymətləri bahalaşdıra biləcəyini düşünür. Krallığın Avropa bazarı üçün qiymətləri bahalaşdıra bilməməsini səbəbi isə bu bazarda ciddi rəqibinin olmasıdır. İran Avropada sanksiyalar dövründə itirdiyi mövqeləri bərpa etməyə başlayıb və bunun üçün dempinq siyasətinə getməkdən belə çəkinmir. Səudiyyə üçün indiki durumda ən çətin məsələ özəlliklə Şimali Avropada İranla rəqabətə davam gətirməkdir. Bu rəqabət Səudiyyəyə nefti daha ucuz qiymətə satmaq bahasına başa gəlir və səudiyyəlilər Avropa bazarında itirdiklərini ABŞ və Çinə baha neft satmaq hesabına kompensasiya etməyə çalışırlar. Nəticə təkcə Səudiyyənin deyil, bütün neft ölkələrinin xeyrinədir, çünki bazarda qiymətlər avtomatik olaraq qalxır. Sabah ABŞ-ın neft ehtiyatlarının həcminə dair açıqlanacaq hesabat bu prosesi daha da stimullaşdıra bilər. Əksəriyyət hesab edir ki, ehtiyatların həcmi azalmaqda davam edəcək. Əgər proqnozlar özünü doğruldarsa, o zaman neftin həftə ərzində 52 dollar səviyyəsinə qalxa biləcəyini gözləmək olar. Bunun əleyhinə olan tək bir arqument var – bazarda şərtlər hər nə qədər neftin bahalaşması üçün münasib olsa da, neftin qiymətləri hələ də tələb-təkliflə deyil, siyasi amillər əsasında müəyyənləşir. Yəni, neft proqnoza tabe olmamaq xüsusiyyətini hələ də qoruyub saxlayır.
Oxşar yazılar

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22