![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 İyul[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 İyul[/b]
Türkiyə-Rusiya münasibətlərində sürətli bir yaxınlaşmanın olacağı şərtdir. İki dövlətin əməkdaşlığının əsas kontekstlərində biri və bəlkə də birincisi Suriya məsələsi olacaq. Önümüzdəki dövrdə Rusiya Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edə bilər, Ankara Suriya və Rusiyadan müəyyən güzəştlər əldə edə bilər. Türkiyə razılaşma əsasında İŞİD-in Suriyadakı mövqelərinə havadan zərbələr endirmək imkanı qazanması da mümkündür. Bundan başqa Rusiya ilə münasibətlərdə türkmən həssaslığı ön plana çıxa, Rusiya türkmən məsələsinə daha həssas yanaşa bilər. Belə olarsa, hər iki tərəfdən türkmənlər məsələsinə həssaslıq atılan addımlara daxildən veriləcək dəstəyi artırmış olacaq. Həm Rusiya, həm Türkiyə çox güman ki, münasibətlərdəki problemlərin kompleks şəkildə həllinə çalışacaqlar və bu, Ankaranın qırmızı xətlərindən sayılan Hələb məsələsinə də təsirsiz ötüşməyəcək. Məsələn, Hələbdə keçirilən hərbi əməliyyatlar bir az koordinasiya olunmuş şəkildə aparıla bilər. Ümumilikdə isə yaxın gələcəkdə Türkiyə-Rusiya-İran üçtərəfli maraqlar formulunun ortaya çıxması da mümkündür. Bu fikirlərin müəllifi tanınmış bir ekspertdir. Proqnozlarla bağlı mübahisə etmək olar, amma istənilən mübahisə qüsurludur. Çünki nəyin necə olacağını bilmək üçün bizlərə yalnız gözləmək qalır.
Oxşar yazılar

Abşeronda sakinlərin qaz sayğacları oğurlandı
12 avqust 2025 , 15:22
Bakıda qəzada maşın əzildi, sərnişin güclə çıxarıldı - VİDEO
12 avqust 2025 , 13:43
"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35