<b>Şəmkirdə “Mercedes”lə “Ford” toqquşdu</b> - <span style="color:red;"><b>3 yaralı</b>
19 iyul 2018 01:25 (UTC +04:00)

Şəmkirdə “Mercedes”lə “Ford” toqquşdu - 3 yaralı

Şəmkirdə ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Bəndəliyev Mehman, 1966-cı il təvəllüdlü Qocayev Teymuraz və 1983-cü il təvəllüdlü Novruzov Xəyal xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti orta-ağır, birinin isə normaldır. 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar