Selülitdən necə xilas olaq?
Çoxlarımızın kabusuna çevrilən selülit qadınlarda kişilərə nisbətən daha çox olur.
Lent.az-ın məlumatına görə, bunun bir çox səbəbləri var.
Yay aylarında havalar isinir, insanlar dənizə üz tuturlar. Buna görə də hər kəs selülitdən xilas olmağın yollarını axtarır.
Bu xoşagəlməz görünüşdən ev şəraitində təbii maskalarla necə qurtarmaq olar?
Yosun bitkisindən hazırlanan maskalar və pilinqlər sizə kömək edəcək əlverişli vasitədir. Təbii minerallarla zəngin olan yosun bitkisi qan dövranını yaxşılaşdırır, selüliti isə azaltmağa kömək edir.
Tərkibi
- 20 qram yosun,
- 125 ml yaşıl gil,
- 60 ml limon suyu
- 1 xörək qaşığı bal
- 3 xörək qaşığı isti su əlavə edirik.
Hazırlanma qaydası:
Əvvəlcə yosunun suyunu yaşıl gil ilə qarışdırırıq. Daha sonra limon suyunu, balı və isti suyu əlavə edirik. Sonda isə selülit olan hissələrə fırça ilə çəkib 25 dəqiqə gözləyirik. Sonra yuyuruq.
Bu maskanı həftədə bir dəfə tətbiq etməklə istənilən nəticəni əldə edə bilərsiniz.
804