<b>Sarkisyanın qardaşı oğlundan silah və narkotik tapıldı </b>
06 iyul 2018 00:27 (UTC +04:00)

Sarkisyanın qardaşı oğlundan silah və narkotik tapıldı

 

 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyandan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlayıb.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.  

 

“Kokain, metamfetamin, biri səsboğucu ilə olmaqla 4 tapança, patronlar aşkarlanıb”, deyə məlumatda bildirilir.

 

Serj Sarkisyanın qardaşı oğlunun mənzilinə baxış zamanı həmçinin 115 min dollar, 27 min avro, bahalı saatlar, qızıl pullar və zinət əşyaları. Qeyd olunanların qanuni yolla əldə olunub-olunmaması araşdırılır.

 

Faktla bağlı  cinayət işi qaldırıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar