[b]Şabranda meyiti tapılan gənc öldürülübmüş[/b]
05 mart 2018 10:32 (UTC +04:00)

[b]Şabranda meyiti tapılan gənc öldürülübmüş[/b]

0

Şabranda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.

 

APA-nın məlumatına görə, martın 3-də Şabran rayonu, Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan, 2000-ci il təvəllüdlü Elton Siyasət oğlu Əzimovun üzərində zorakılıq əlamətləri aşkar edilib. Qətlin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, E. Əzimov fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar