[b]Qubada "Qazel" aşdı:[/b] 11 yaralı
06 iyun 2017 17:23 (UTC +04:00)

[b]Qubada "Qazel" aşdı:[/b] 11 yaralı

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.

 

İçərisində 11 nəfərin olduğu “Qazel” markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.
 

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

APA Baycan

Oxşar yazılar