[b]Qoşulub qaçan qadın ƏR EVİNDƏ ÖLDÜ[/b]
16 aprel 2019 18:48 (UTC +04:00)

[b]Qoşulub qaçan qadın ƏR EVİNDƏ ÖLDÜ[/b]

Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ağcabədi rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Vüsalə Tohid qızı 25 gün əvvəl öz razılığı ilə İmişli rayonu Əliqulular kənd sakininə qoşularaq qaçıb.
 
Bu gün V.Məmmədovanın səhhəti qəfildən pisləşib və o təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Müayinə olunan meyitdə travmatik xəsarətlər aşkar edilməyib.
 
İlkin məlumata görə, ölümə səbəb qadında yaranmış tənəffüs çatışmazlığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1580

Oxşar yazılar