[b]Qaxda 79 yaşlı kişi intihar edib[/b]
04 iyun 2014 23:43 (UTC +04:00)

[b]Qaxda 79 yaşlı kişi intihar edib[/b]

Qaxda 79 yaşlı qoca intihar edib.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Meşəbaş kəndində qeydə alınıb.

 

1935-ci il təvəllüdlü, Qax rayonu Meşəbaş kənd sakini, milliyətcə gürcü olan Şixamiraşvili Aqran Allahverdiyeviç özünü yaşadığı evin həyətyanı sahəsindəki zoğal  ağacından asaraq intihar edib.

 

79 yaşlı qocanın intihar etməsi səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar