[b]Polis qardaşını öldürən idmançı ruhi xəstəxanaya göndərildi[/b]
16 may 2018 12:09 (UTC +04:00)

[b]Polis qardaşını öldürən idmançı ruhi xəstəxanaya göndərildi[/b]

Polis olan qardaşını öldürməkdə təqsirləndirilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatət verərək Əli Əliyev barəsində Kompleks məhkəmə stasionar psixiatrik və psixoloji ekspertizanın keçirilməsini istəyib.

 

 

Vəsatət təmin edilib. Əli Əliyev ruhi xəstəxanaya göndərilib.

 

İş qeyri-müəyyən günə qədər təxirə salınıb.

 

 

 

 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

 

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

 

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

 

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib.

 

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

 

Təqsirləndirilən şəxs, 1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur.

 

Ölən qardaşı Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Səlcuq Elçin

Oxşar yazılar