GÜNÜN ŞƏRHİ
NATO-nun Moldovada hərbi təlimlərə başlaması Rusiyaya cavabdır. ABŞ-ın Gürcüstanda birgə hərbi təlimlərə başlaması da Rusiyaya cavabdır. Baltik dənizində Rusiyanın yaratdığı gərginliyə cavab. Rusiya sərhədləri boyunca NATO hərbi kontingentinin yerləşdirilməsi, hərbi alyansın şərq cinahını möhkəmlətməsi Moskvanı əməlli-başlı qıcıqlandırır. Amma Kremlin reaksiyası qıcıqlanmaqdan o yana getmir, zatən gedəcək yeri də yoxdur. Rusiyanın NATO-ya hərbi cavabı yalnız Kalininqrad vilayətində “İsgəndər” operativ-taktiki raket kompleksləri yerləşdirmək ola bilər. Siyasi cavab isə verilməyəcək, çünki NATO-nun öz şərq cinahını möhkəmlətməsi Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar aparması və Krımı işğal etməsidir. Bu kontekstdə NATO-ya veriləcək cavab işğal faktorunu aradan qaldırmaq ola bilər ki, yaxın perspektivdə belə addımın atılacağı nonsensdir. Rusiyanın başqa bir cavabı da ola bilər - postsovet məkanında və digər regionlarda münaqişə ocaqlarında yenidən gərginlik yaratmaq. Bu mənada NATO-nun, daha doğrusu ABŞ-ın təzyiqi artarsa, konkret zonalarda, lap elə Dağlıq Qarabağda münaqişənin yenidən eskalasiyasının şahidi ola bilərik.
![[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 May[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 May[/b]
Oxşar yazılar

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22