![[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 İyun[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 İyun[/b]
Son sorğular belə “Britaniyanın taleyi necə olacaq” sualına aydınlıq gətirmədi. Krallığın Avropa İttifaqında qalmasını istəyənlərin sayı birliyi tərk etmək arzusunda olanların sayı ilə aşağı-yuxarı eynidir. Sorğularda təxminən 3 faizlik nisbi xəta olur, iki təbəqə arasında fərq 2-4% faiz təşkil etdiyindən sabah qutudan istənilən cavab çıxa bilər. Referendumun taleyini həm də “lehinə” və “əleyhinə” qruplarının necə səfərbər olunması həll edəcək. Çünki siyasi apatiya meyllərinin son dərəcə güclü olduğu Qərb ölkələrində seçicilərin səsvermədə iştirak faizi çox aşağı olur. Nəticədə bəzən güclü görünən tərəf seçiciləri səfərbər edə bilmədiyinə görə səsvermədə məğlub olur, yaxud əksinə, şans tanınmayan zəiflər işi düzgün qurduğuna görə qalib gəlirlər. Bu faktorları Britaniya vətəndaşları da nəzərə almamış deyil. “Brexit” ciddi məsuliyyətdir, çox güman ki, hər kəs bu prosesdə öz üzərinə düşən vəzifəni anlayır. Dövlət qarşısında məsuliyyəti səsvermədə iştirak etməklə, ailə qarşısında məsuliyyəti isə hər ehtimala qarşı funt sterlinqi dollara çevirməklə yerinə yetirmiş olur. Referendumun ilkin nəticələri səhər saatlarında açıqlanacaq, amma nə olursa-olsun, “Brexit” ciddi bir presedentdir. Sabah hər bir ölkə Avropa Birliyindən güzəşt qoparmaq üçün Brüsseli belə referendumlarla hədələyə bilər. Digər tərəfdən, bu referendumda Britaniyanın AB-də qalma tərəfdarları qalib gəlsə belə, ölkədə gələcəkdə belə referendumların təkrarən keçirilməyəcəyinə kimsə qarantiya verə bilməz.
Oxşar yazılar

Bakıda "avtoş"luq edən motosikletçi qız həbs olundu - VİDEO
12 avqust 2025 , 15:27
Abşeronda sakinlərin qaz sayğacları oğurlandı
12 avqust 2025 , 15:22
Bakıda qəzada maşın əzildi, sərnişin güclə çıxarıldı - VİDEO
12 avqust 2025 , 13:43
"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09