![[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 May[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 May[/b]
GÜNÜN ŞƏRHİ
Yenə zəncirvari proses başlayır. Federal Ehtiyat Sisteminin iyunda dolların uçot dərəcəsini artırmaq niyyətini təsdiqləyən protokollar açıqlanır, dollar dərhal bütün milli valyutalara qarşı möhkəmlənməyə başlayır, prosesin ilk nəticəsi yenə devalvasiya olur, Çin öz iqtisadiyyatını sığortalamaq üçün yuanı ucuzlaşdırır və... Neft yenidən ucuzlaşmağa başlayır. Neft ucuzlaşır deyə, iqtisadiyyatı neftdən asılı olan ölkələrin valyutaları dollar qarşısında dəyər itirir, dollar möhkəmləndiyinə görə milli valyutalar üzə bilmir və sair. Bu qarışıqlıqda “görəsən durum necə olacaq” sualına cavab tapmaq üçün iki faktora diqqət yetirmək lazımdır - neftin qiymətinə və Çin iqtisadiyyatının inkişaf tempinə. Hər iki amilin bir-biri ilə sıx əlaqəsi var. Qara qızılın bahalaşması dünyanın ən böyük neft alıcısı olan Çin iqtisadiyyatının inkişafından asılıdır, dolların möhkəmlənməsi isə bu inkişafın lazımi səviyyədə olmayacağını göstərir. Çünki baha dollar ucuz neft deməkdir. Federal Ehtiyat Sisteminin qərarları nefti ucuzlaşdırır və Çin iqtisadiyyatını zəiflədir. Deməli, çıxarılan qərarlar həm də siyasi məqsədlər diktə edir. Neftin ucuzlaşmasında və Çin iqtisadiyyatının çöküşündə kimin maraqlı olduğunu söyləmək isə artıqdır. Gerçəklik budur, dollar hələ də təkqütblü dünya düzəninin formalaşdırılması prosesində ABŞ-ın əlində güclü silah olaraq qalır. Günün sualı isə başqadır: dolların təzyiqinə hansı dövlət nə dərəcədə davam gətirəcək?
Oxşar yazılar

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22