[b]Narkotiklə saxlanan həkimə HÖKM OXUNDU[/b]
03 iyul 2018 11:31 (UTC +04:00)

[b]Narkotiklə saxlanan həkimə HÖKM OXUNDU[/b]

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən həkim Sənan Pənahovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Sənan Pənahov 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onun barəsində olan 234.4.3-cü (külli miqdarda qanunsuz dövriyyə) maddəsi 234.1 (satış məqsədi olmadan qanunsuz saxlama)maddəsinə tövsif edilib.

 

Qeyd edək ki, Sənan Pənahov Şirvan şəhərində stomatoloq olub.

Bakıda olarkən saxlanılıb. Onda külli miqdarda narkotik vasitə - heroin aşkarlanıb.

 

Məhkəmədə ifadə verən zaman bildirib ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Hətta iki dəfə Gürcüstanda bununla bağlı müalicə aldığını bildirib. Lakin o, narkotiki satış məqsədi ilə deyil öz istifadəsi üçün aldığını deyib.

 

 

Ona Cinayət Məcəlləsinin 234.4.3 (narkotik maddələrin qanunsuz dövriyyəsi) ittihamı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Səlcuq Elçin

Oxşar yazılar