
Narkotik satan dəstə üzvləri ƏLƏ KEÇDİ
Polis əməkdaşları Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı kompleks əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Nəticədə qəsəbə sakinləri əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Qaradağ RPİ müraciət edə bilərlər.
Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55