İrandan qanunsuz dərman gətirən şəxslərə ağır <span style="color:red;">CƏZA TƏLƏBİ
26 iyul 2018 11:31 (UTC +04:00)

İrandan qanunsuz dərman gətirən şəxslərə ağır CƏZA TƏLƏBİ

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İmran Abizadə və Zəkiyə Qələndərovanın barəsindəki cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

 

Prokuror çıxış edərək  İ.Abizadənin 8 il, Z.Qələndərovanın isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi avqustun 28-də davam edəcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

 

Məhkəmədə zaman məlum olub ki, İ.Abizadə Astara Gömrük Keçid Məntəqəsinin kafesində çalışır. Z.Qələndərova isə Sabunçu rayon ərazisində saç ustası kimi fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Səlcuq Elçin

Oxşar yazılar