<b>İmişlidə “Mercedes” aşdı</b> - <span style="color:red;"><b>1 ölü, 4 yaralı</b>
30 iyul 2018 02:20 (UTC +04:00)

İmişlidə “Mercedes” aşdı - 1 ölü, 4 yaralı

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

 

Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər.   Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu  hadisə yerində ölüb.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar