Ötən gün Cəlilabadda dərmandan zəhərlənərək ölən iki yaşlı Mirkamil Bağırov azərbaycanlı müğənni Elçin Hüseynovun bibisi nəvəsi imiş. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, azyaşlının həyatına ağcaqanad dərmanı son qoyub: “Səhərdən bir neçə saytlar məni yığır, amma hazırda yas yerindəyəm. Ona görə də çox danışa bilməyəcəm. Bəli, dünyasını dəyişən körpə bibim nəvəsidir. Övlad itkisi çox ağır itkidi. Allah heç bir valideynə bu itkini yaşatmasın”.
*****
00:58
Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib. APA-nın cənub bürosunun məlumatına görə, gecə saatlarında rayonun Hasılı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.
İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.