<b>Hədə-qorxu ilə pul tələb edən "polislər" <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
16 iyul 2018 12:19 (UTC +04:00)

Hədə-qorxu ilə pul tələb edən "polislər" MƏHKƏMƏ QARŞISINDA

Özlərini polis kimi təqdim edərək vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məlum olub ki, F.Əliyevin sabiq polis əməkdaşı, digərləri isə keçmiş məhkumlar olub.

 

A.Hikmətov və V.Əliyev isə daha əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Məhkəmənin baxış iclası iyulun 18-ə təyin edilib.

 

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

 

Onlar bu yolla Fazil Qədimov və İmran Orucovun 1000 manat, Məmmədəli Novruzovun 740 manat və Kamal Poladxanovun 300 manatını əlindən alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Səlcuq Elçin

Oxşar yazılar