[b]Gəncə hadisələri ilə bağlı daha bir MƏHKƏMƏ[/b]
26 fevral 2019 09:43 (UTC +04:00)

[b]Gəncə hadisələri ilə bağlı daha bir MƏHKƏMƏ[/b]

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Həmin şəxslər Həbib Qurbanov, Emil Məmmədov, Vüqar Yusifov, Mirzə Hüseynov, Asif Vəliyev, Şahin Vəliyev, Elmir Hüseynzadə, Bəkrəm Əliyevdir.

 

Onlar Cinayət Məcəlləsinin   220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

 

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası 2019-cu ilin yanvar ayının 4-nə təyin edilib.

 

Cinayət işində 17 zərərçəkmiş var.

 

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436
avatar

Səlcuq Elçin

Oxşar yazılar