<b>Ərinin ürəyinə bıçaq sancan qadından <span style="color:red;">YENİ XƏBƏR  </b>
26 aprel 2019 09:51 (UTC +04:00)

Ərinin ürəyinə bıçaq sancan qadından YENİ XƏBƏR

Gəncədə ərini bıçaqlamaqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Günay İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, G. İsmayılova barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmə baxışı yanvarın 8-ə təyin edilib.

 

Qeyd edək ki, ötən il dekabrın 7-də Gəncə sakini 1991-ci il təvəllüdlü İbrahim İsmayılov sinəsindən və qarnından bıçaq yarası ilə xəstəxabaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

 
İ.İsmayılov ilkin ifadəsində həyat yoldaşını qorumaq üçün özü özünü bıçaqladığını deyib. Lakin araşdırma zamanı bəlli olub ki, onu münaqişə zəminində arvadı, 1994-cü il təvəllüdlü İsmayılova Günay Cuma qızı bıçaqlayıb.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871

Oxşar yazılar