AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov şübhəli şəxsi qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkil Aqil Layicov söyləyib.
A. Layıcov F. Əmirovun avtomobilindən Fətullah Gülənə məxsus kitab və disklər aşkarlanaraq götürüldüyündən şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb bildirib: “Faiq Əmirova qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə ittiham irəli sürülüb”.
Qeyd edək ki, bu gün F. Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib, şahid qismində dindirilib.
17:28
Faiq Əmirli şübhəli şəxs qismindә 48 saatlıq saxlanılıb. O Nәrimanovdakı müvəqqəti saxlanma tәcridxanasına aparılıb. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, bu barәdә vәkil Aqil layıcov mәlumat verib.
13:00
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.
APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb.