Döyə-döyə adam öldürən "ZEK"ə AĞIR CƏZA
04 noyabr 2016 13:09 (UTC +04:00)

Döyə-döyə adam öldürən "ZEK"ə AĞIR CƏZA

Döyə-döyə adam öldürməkdə təqsirləndirilən Nəsrullah Zaqidulinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən N. Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini, dəfələrlə məhkum olunmuş və 27 il həbsdə olmuş Nəsrullah Zaqidulin münaqişə zəminində 1982-ci il təvəllüdlü İqor Smolenkonu döyüb. Xəstəxanaya yerləşdirilən İ. Smolenko orada ölüb.

 

Hadisəni törədən N. Zaqidulin tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Səlcuq Elçin

Oxşar yazılar