<b>Bıçaqla adam hədələyib pul alan “ZEK”ə  <span style="color:red;">AĞIR CƏZA </b>
30 iyul 2018 12:45 (UTC +04:00)

Bıçaqla adam hədələyib pul alan “ZEK”ə  AĞIR CƏZA

Bakıda soyğunçuluq əməli törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Xəqani Hümbətov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə X.Hümbətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.Hümbətov Xətai rayonu ərazisində Şamxal İbadova qarşı quldurluq edib. O, bıçaqla Ş.İbadova hədə-qorxu gələrək onun 50 manat pulunu, mobil telefonunu və fotoaparatını alıb. X.Hümbətov bu əməlinə görə Cinayət Məcəlləsinin 181.2.5-ci (soyğunçuluq, silahla hədələməklə) maddəsi ilə ittiham edilib.

Onu da qeyd edək ki, X.Məmmədov daha əvvəl də oğurluq və quldurluğa görə məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Səlcuq Elçin

Oxşar yazılar