<b>Bakıda qaçırdıqları avtomobili 1300 manata satdılar</b>
27 sentyabr 2017 12:47 (UTC +04:00)

Bakıda qaçırdıqları avtomobili 1300 manata satdılar

Bakıda avtomobil qaçırmış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar.

 

Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar