Bakıda ana və qızının <span style="color:red;">DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT
22 may 2018 10:18 (UTC +04:00)

Bakıda ana və qızının DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Ötən gecə Bakı şəhərinin Xətai rayonunda ana və qızını amansızlıqla öldürən şəxs tutulub. Lent.az xəbər verir ki, Xətai rayonu Naximov küçəsi 45/5-də həyat yoldaşı, 1987-ci il təıvəllüdlü İsgəndərova Günay Hüseyn qızı ilə, qayınanası, 1954-cü il təvəllüdlü Şirinova Ətir Şirin qızını xüsusi amansızlıqla öldürən Ağdam rayon sakini İsmayılov Ramiz Səfər oğlu könüllü olaraq polisə təslim olub. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

 

Məlumata görə, qanlı hadisə dünən saat 22 radələrində törədilib. Ramiz İsmayılov hadisədən 1 saat sonra polisə gedərək bu barədə məlumat verib.

 

O da bildirilir kİ, qətli törədən şəxslə həyat yoldaşının rəsmi nikahı olmayıb. R.İsmayılov Naximov küçəsindəki binanın həyətindəki qarajda yaşayırmış və bir müddət əvvəl Günay İsgəndərova ilə birgə yaşamağa başlayıb. Bu günlərdə ailədə düşən münaqişə səbəbindən 31 yaşlı qadın anasının yanına qayıdıbmış.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

*****

 

6:35

 

Gecə saatlarında paytaxtda qətl törədilib. Kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.

 

APA TV-nin məlumatına görə, hadisə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb.

 

Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.

 

Məlumata görə, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri də bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb. Münaqişə zamanı G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana ilə qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisəni törədən şəxs isə qaçaraq gizlənib.

 

Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51