Bakıda intihar olub. Lent.az xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yaşayan 1976-cı il təvəllüdlü Mirzəyev Elxan Ağahəsən oğlu kimyəvi məhlul içərək özünü öldürüb.
Hadisədən sonra onun məktubu tapılıb. 41 yaşlı kişi bildirib ki, ölümündə kimsə günahkar deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.