Aşan avtobusun sərnişinləri Qoridən gələn məktəblilər olub - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
01 iyun 2018 13:26 (UTC +04:00)

Aşan avtobusun sərnişinləri Qoridən gələn məktəblilər olub - FOTO - YENİLƏNİB

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
 
 
 
APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
 
 
 
Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
 

13:12

 

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

 

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

 

 

***
 
 
12:42
 
 
Bakı-Qazax yolunda baş vermiş ağır qəza ilə bağlı bəzi məqamlar dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, "KamAZ"a çırpılandan sonra aşan "Setra" markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.
 
Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.
 
Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.
 
 
 
*****
 
 
12:28
 
 
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
 
 
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, çoxlu sayda xəsarət alanların olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar