[b]Azərbaycanda 4 yaşlı qız müəmmalı şəkildə öldü[/b]
03 dekabr 2017 18:52 (UTC +04:00)

[b]Azərbaycanda 4 yaşlı qız müəmmalı şəkildə öldü[/b]

0

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar