<b>"Xüsusi əhəmiyyətli obyektlərin təhlükəsizliyi tam təmin edilir" -</b> <span style="color:red;">Müdafiə Nazirliyi
24 iyul 2018 15:50 (UTC +04:00)

"Xüsusi əhəmiyyətli obyektlərin təhlükəsizliyi tam təmin edilir" - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “Lazım gələrsə, Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə münasibət bildirib.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur: "Azərbaycan ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.
 
L.Mnakasyanın absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.
 
Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar